Rusiya hərbi təyyarəsinin Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Təyyub Ərdoğanla əlaqə saxlayıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Putin başsağlığı verib. Bildirildiyinə görə, təyyarə qəza ilə binaya zərbə endirib. Bunun üçün də Putin çox üzgün olduğunu qeyd edib.