"Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyada şüursuz aviazərbəsinə səbəb Əl-Bab rayonunda həyata keçirilən əməliyyat zamanı uyğunsuz koordinat olub.
Unikal.org-un "Ria Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib.
"Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasının iştirakçılarını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla baş tutmuş telefon danışığı haqda məlumatlandırıb. O, əməliyyatlar zamanı Rusiya ordusunun səhvən Türkiyə Silahlı Qüvvələrinin binasını bombalamağı nəticəsində 3 türk əsgərin həlak olmasına görə başsağlığı verib, - deyə Peskov əlavə edib.
Qeyd edək ki, Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə bu gün saat 8:40-da Suriyanın şimalında Türkiyə hərbi kontingentinin olduğu binaya aviazərbə endirməsi nəticəsində 3 türk əsgəri şəhid olub, 11 əsgər xəsarət alıb.