Fransanın hüquq mühafizə orqanları ölkənin cənubundakı Ero departamentində keçirdiyi antiterror əməliyyatları zamanı dörd nəfəri saxlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, onların arasında 16 yaşlı qız da var.

Qeyd olunub ki, həmin şəxslər Parisdə turistlərin sıx olduğu yerdə terror aktı törətməyi planlaşdırırmışlar.

Saxlanılan şəxslərin evində partlayıcı maddələr aşkar edilib.