ABŞ-da külək yük maşınını aşırıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisənin görüntülərini "Associated Press agentliyi yayıb.

Sürəti saatda 112 kilometrə çatan güclü külək yolda hərəkət edən yük maşınını qonşu zolaqda dayanan polis avtomobilinin üstünə aşırıb.

Xoşbəxtlikdən polis avtomobilinin içində heç kəs olmayıb.

Qeyd edək ki, hadisə zamanı yük maşınının sürücüsü xəsarət almayıb.