Yunanıstanın Saloniki şəhərində II Dünya müharibəsi illərinə aid 250 kq-lıq bombanın zərərsizləşdirilməsi üçün 2 km. radiusda yaşayan 72 min insan təxliyə edilib.
Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, bomba ötən həftə yanacaqdoldurma stansiyasında aparılan qazıntı işləri zamanı yerin 5 metr dərinliyində aşkar olunub.
İnsanlar məşq zalları, stadionlar və kafelərdən avtobuslara mindirilərək ərazidən uzaqlaşdırılıb.
Vilayət qubernatoru Apostolos Tzitzikostas yerli sakinləri əndişələnməməyə çağırıb.