Donald Trampın Ağ evdəki 3-cü həftəsində milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn istefa verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, istefa məktubunda qeyd edib:
"Rus səfir ilə apardığım telefon danışıqları barədə özüm də fərqində olmadan prezident müavini və başqalarına əksik informasiya verdim. Prezidentdən və müavinindən üzr istədim. Üzrümü qəbul etdilər. İstefa verirəm. Bu qədər vaxt Amerika xalqına xidmət eləməkdən şərəf duydum".