Heyvan sevgisinin bu qədərinə mat qalacaqsınız
ABŞ-ın Texas ştatında yaşayan Ronni və Şerron Brices cütlüyü evlərində vəhşi öküz bəsləyir.
Unikal.org-un "CNNTürkə istinadən verdiyi xəbərə görə, "Wild Thing adlanan və 1 ton 300 kq çəkisi olan öküz, ailə ilə birlikdə yemək yeyir, televizora baxır və hətta vanna da qəbul edir.
Öküz cütlüyün toyunda sağdiş olaraq da iştirak edib.
Cütlük, "Wild Thing adlı öküzün ailələrinin bir hissəsi olduğunu söyləyərək, onunla vaxt keçirməkdən zövq aldıqlarını deyir.
Cütlük zarafatla "yaxşı ki qapılarımız onun keçə bilməsi üçün böyükdür deyir.