Təxminən on gündür paytaxtınXətairayonu ərazisində, Yusif Səfərov küçəsində təmir işləri aparılır. Avropa Oyunları ərəfəsində abadlaşdırılan park isə sökülür. Məqsəd yolun genişləndirilməsidir. Parkda yerləşən Şah İsmayılXətainin heykəlinin aqibəti isə sual altındadır.

Unikal.org xəbər verir ki, "Azəravtoyolun mətbuat katibi Anar Nəcəfli APA TV-yə açıqlamasında qeyd edib ki,yenidənqurma işləri çərçivəsində Yusif Səfərov küçəsində Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi nəzərdə tutulmayıb:

"Heykəl bu hissədə saxlanılacaq. Hal-hazırda bu, müzakirə mövzusu deyil.

Təmir işlərinin 1-2 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.