"Dünən Əfv Komissiyanın iclası keçirilib. 800-dən artıq müraciət daxil olub. Ötən gün daxil olan müraciətlərin 150-nə baxılıb.

Unikal.org xəbər verir ki. bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib. Onun sözlərinə görə, baxılan müraciətlərin yarısına müsbət rəy verilib: "Bu gün də komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz Bayramı ərəfəsində əfv fərmanı imzalayacaq.