Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar 7 yol qəzası qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bunu Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYPİ) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar gecə saat 04:00-dan mərkəzi qərargah yaradılıb:

"Bakı Şəhər İcra Hakimiyyətinin "Qış Qarajı", Azəravtoyol ASC və DYP əməkdaşlarından ibarət mərkəzi qərargah yaradılıb. Yollar tam nəzarətə götürülüb və qardan təmizlənib. Paytaxtın küçə və prospektlərində sürüşmə halı müşahidə edilmir. Məhz buna görə də səhər saatlarında avtomobillərin hərəkətində heç bir problem olmayıb. Yalnız paytaxtın eniş-yoxuşlu yollarında qısa zaman ərzində sıxlıq yaranıb".