Çinə səfər etmək istəyən azərbaycanlı sahibkarlar problemlə üzləşib.

Bu barədə Unikal.org-a Binə və Sədərək ticarət mərkəzlərindəki sahibkarlar məlumat veriblər. Onların sözlərinə görə, Çinə səfər etmək üçün səfirlikdən viza ala bilmirlər.

Şikayətçilər qeyd edirlər ki, yaranan vəziyyət onların işlərində müəyyən problemlərə səbəb olub.

Sahibkarların dediklərinə görə, digər ölkələrdə bu problem yoxdur. 

Məsələ ilə bağlı Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi ilə əlaqə saxladıq. Telefona cavab verən xanım bildirdi ki, bununla bağlı konsulluq şöbəsinə yaxınlaşmaq lazımdır. Səfirlik əməkdaşının sözlərinə görə, konsulluq şöbəsinin telefonu yoxdur.

Orxan Həsənli