Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa edilib.

Bu barədə Unikal.org-a açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, səhər saatlarında "Azəravtoyol" ASC-nin "16 â„–-li Yol İstismarı MMC-nin əməkdaşları və canlı qüvvəsi yolun 150-ci kilometrliyinə - Ağsu dolaylarına cəlb edilib, yol qar və buzdan təmizlənib.

Hazırda yolda avtomobillərin hərəkətində problem yoxdur.