Ötən il 300 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi nazirlik tərəfindən müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edilib. Son illərdə Sumqayıt şəhərində də müvafiq işlər aparılıb. 

Unikal.org-un məlumatına görə, bu sözləri Sumqayıtda vətəndaşları qəbul edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov  deyib. 

Nazir  qeyd edib ki, bu istiqamətdə artıq  müvafiq addımlar atılıb: "1 yanvar 2014-cü il tarixə təkcə Sumqayitda 134 nəfər bu kateqoriyadan ev  növbəsində dayanan  şəxslər var. Onlardan yaxın vaxtlarda 5 nəfərinə mənzillər təqdim olunacaq. Növbəti vəsait ayrildiqda  siyahi üzrə bu proses davam etdiriləcək. Bu say 2014-cü ildən keçən 3 il ərzində  artib və artiq ötən  ilin ortalarına 203 nəfərə çatıb.

Ötən ildə  məşqulluq orqanları tərəfindən əvvəlki illərlə müqayisədə  2 dəfədən çox,  yəni  56631 nəfər münasib işlə təmin olunub. Onlardan 3805 nəfəri Sumqayıt  şəhərinin, Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri olub. Bu bölgələr üzrə  144 nəfər peşə hazırlığı və  əlavə təhsil  kurslarına cəlb edilib.
Prosesin davamı  olaraq bölgələrdən 1800 nəfər insan seçilərək iki aylıq  kurslara cəlb olunub. 1600 nəfər  insan isə bu təlim kurslarında öz  biznes  planlarını uğurla müdafiə  ediblər."

Nazir deyib ki, artıq biznes  planların maliyyələşdirilməsinə başlanılıb: 

"İlk  olaraq Tərtər, Laçın, Hacıqabul rayonlarında müvafiq tender əsasinda mal-qara heyvandarlıqla məşğul olanlara, eləcə də kompyuter sinifi  açanlara kompyuterlər, avtomobil yuma mərkəzi açanlara lazim olan avadanlıqların verilməsi prosesinə start verilib. Hazırda  proses davam edir. Artıq 7 rayon üzrə 79 ailə bu prosesdə iştirak edib.
Qeyd edək ki, bu proses 1 il ərzində məşğulluq mərkəzləri tərəfindən nəzarətdə  saxlanılacaq  və monitorinqlər aparılacaq. Ötən  müddətdə bu biznes normal həyata keçirilərsə həmin materiallar ailəyə bağışlanacaq."