Bu gün axşam saatlarında Qaradağ rayonunun Ələt qəsəbəsində Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, hazırda müvafiq dövlət komissiyası tərəfindən cəsədin ötən ilin dekabr ayının 15-də güclü külək zamanı estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərdən birinə mənsub olması ehtimalı araşdırılmağa başlanılıb.

Hazırda cəsəd Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal şöbəsinə aparılır.