Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 5,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 55,5% azalıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,6% artıb.

Ay ərzində yük və minik avtomobillərinin, qoşqular və yarımqoşquların, fəvvarə armaturunun istehsalı olmayıb, ştanqlı quyu nasoslarının istehsalı 52% azalıb. Bununla yanaşı, hesabat dövründə 170 ədəd xüsusi təyinatlı kommunal maşınlar istehsal edilib.