Atatürkə bənzərliyi ilə tanınan İzmirli kino və teatr sənətçisi Göksel Kaya Çanaqqalada həbs olunaraq həbsxanaya göndərilib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Atatürkə bənzərliyiylə diqqətləri üzərinə çəkən və müxtəlif təşkilatlarında Mustafa Kamalı canlandıran teatr və kino sənətçisi Göksel Kaya, kino rejissoru Sinan Çətinin idarə etdiyi Çanaqqala Ruhu filmində Mustafa Kamalı canlandırmışdı.

Çanaqqala yerli qəzetlərindən alınan məlumatlara görə, Göksel Kaya dünən axşam hüquq-mühafizə orqanları tərəfindən ifadəsi alındıqdan sonra məhkəmə qərarı ilə həbs edilib.

Bildirilir ki, sənətçi fırıldaqçılıq iddiası ilə həbs olunub.