Təcavüzə uğrayan 9 yaşlı qız K.Yağmur təcavüzkarla qarşılaşmağa dözə bilməyib infarkt keçirib.
Unikal.org xəbər verir ki, hadisə Türkiyədə baş verib.Baş verənlər barədə ilk dəfə mediyaya məlumat verən Yağmurun ailəsi qızlarının ölümünə səbəb olan adamın sərbəst buraxılmasını qınayıblar:
"Hadisədən sonra özündə deyildi, tez-tez ağzını silib, tüpürürdü. Bir gün mənə əli ilə başını göstərərək "Ana, bunları ağlımdan silsəm də, ürəyimdən necə siləcəm? Necə unudacam?"
Hadisə ötən il İzmirdə baş verib. K.Yağmuru zorlayan 56 yaşlı T.Ç 1 il məhkumluq həyatı yaşadıqdan sonra bu il mart ayının 22-də sərbəst buraxılıb.publika.az