Bu gün səhər saatlarından yumurtanın qiymətində yenə bahalaşma müşahidə edilib.
Bir neçə həftə öncə 7-8 qəpiyə satılan yumurta bugün səhər saatlarından etibarən yenə bahalaşıb.
Bakı sakinlərinin həftəsonu alış-veriş zamanı marketlərdən aldığı yumurtanın qiyməti 12-13 qəpik arasında dəyişib.
Qeyd edək ki, bu məhsulun qiymətinin son bir neçə gündə kifayət qədər ucuzlaşmasını satıcılar quşculuq şirkətləri arasındakı rəqabətlə izah edirdi.
Ucuzlaşma kənd yumurtalarında da özünü göstərirdi.