İranda prezident olmaq istəyən namizədlərin sayı 287 nəfərə çatıb.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, namizədlərdən 13-ü qadındır.

Məlumata görə, namizədlərə yaş məhdudiyyəti qoyulmayıb.

Namizədlərin qeydiyyata alınması prosesi aprelin 15-nə qədər davam edəcək. Namizədlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, mayın 19-da İranda ümumxalq səsverməsi ilə prezident seçiləcək.