Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatının aparıcı sahələrindən biri olan pambıqçılıq müstəqilliyimizin ilk illərində və xüsusən aqrar islahatından sonra müvəqqəti tənəzzülə uğrasa da, hazırda fermer təsərrüfatlarında ildən-ilə bu məhsulun istehsalının artırılmasına önəm fikir verilir.

Elə mövzumuz da Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlıdır.

Əvvala qeyd edim ki, pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F.M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var.

Tarixçilərin bildirdiyinə görə, Qafqazda, xüsusilə Azərbaycanda pambıq Qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılmışdır. Mingəçevirdə arxeoloji qazıntılar zamanı V-VI əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi, 15-ci əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar da aparıldığı göstərilir. 20 əsrin əvvəllərində Rusiyanın toxuculuq sənayesinin mahlıca olan ehtiyacı ilə əlaqədar Azərbaycanda pambıq əkini sahəsi genişləndirildi. 1913-cü ildə pambıq əkini sahəsi 100 min hektardan çox, pambıq istehsalı 65 min ton olmuşdur.



Bir sözlə Azərbaycanda pambıqçılığın tarixi üzun əsrlərə söykənir.

Azərbaycanda digər sahələrdə olduğu kimi, pambıqçılıqçılıq sahəsində də rekord göstərici Heyər Əliyevin dövründə olub. Belə ki, XX əsrin son otuz ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik bilavasitə görkəmli dövlət və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. O, XX əsrin son otuz ilində Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etmiş, ötən əsrin 1993-cü ilin iyunundan etibarən müstəqil Azərbaycan Respublikasının dövlət başçısı - prezidenti olmuşdur. Heydər Əliyev Azərbaycanda quruculuq abadlıq işlər görməklə yanaşı, ölkə iqtisadiyyatına xeyir verə biləcək məhsulların istehsalına da daim diqqət göstərib. Xüsusən Azərbaycanda aqrar sahənin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Sovet dövründə Heydər Əliyev çox böyük məharət və bacarıqla keçmiş SSRİ rəhbərlərinin diqqətini Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəltmiş, respublikaya texnika, yanacaq, ehtiyat hissələri, tikinti materialları, mineral gübrə, kimyəvi preparatların gətirilməsinə nail olmuşdu.



Məhz Heydər Əliyevin səyi nəticəsində SSRİ rəhbərliyinin diqqətindən kənarda qalmış Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək haqqında geniş tədbirlər planı hazırlandı və 1970-ci il iyul ayının 23-də Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin "Azərbaycan SSR-də kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında xüsusi qərarı qəbul olundu. Məhz Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı.

Xüsusən Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi.

1973-cü ilin sentyabrında Özbəkistanın paytaxtı - Daşkənddə Sovetlər İttifaqının altı pambıqçılıq respublikasının fəallar yığıncağı keçirilir. Heydər Əliyev çıxışında respublikada pambıqçılığın vəziyyətini təhlil edir, imkanları bir də nəzərdən keçirərək 450 min ton pambıq istehsal etmək imkanı olduğunu bildirir. Sov.İKP MK-nın baş katibi L.İ.Brejnev Heydər Əliyevin pambıqçılığı inkişaf etdirmək məqsədilə həyata keçirdiyi tədbirlərə yüksək qiymət verir. O, Heydər Əliyevin çıxışına cavab olaraq, Azərbaycanın götürdüyü artırılmış öhdəliklə əlaqədar demişdi: «Hələ bu yaxınlaradək Azərbaycanda əvvəlki rəhbərlər pambığa xor baxmaq əhval-ruhiyyəsi yaradırdılar. İndi Azərbaycan bu işi yüksəyə qaldırmışdır...»

1970- ci ildə respublikada pambıqçılıq tarixində ilk dəfə olaraq oktyabrın birinci yarısında pambıq tədarükü planı yerinə yetirildi. Azərbaycan pambıqçıları 335 min ton pambıq təhvil verdilər. Pambığın məhsuldarlığı hər hektardan 17,4 sentnerə, dənli bitkilərin məhsuldarlığı 12 sentnerə çatdırıldı.


(Tərlan Musayeva Heydər Əliyevlə FOTOSU)

Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Milli Məclisinin I çağırışının deputatı, pambıqçı qadın kimi ölkədə məşhurlaşan Tərlan Musayeva müsahibələrinin birində qeyd edir ki, 1970-ci illərdən 1989-cu ilə qədər pambıq yığımı ilə məşğul olub: "Mən pambığı maşınla yığırdım, daha dəqiq desək, pambıqçı-mexanizator idim. Mərhum prezidentimiz Heydər Əliyev əmək adamlarına çox yüksək qiymət verirdi. Qadınlar mənim peşəmi nadir hallarda seçərdilər. Buna görə də ümummilli lider mənim işimlə şəxsən maraqlanar, müşahidələr aparardı. O, məni həmişə fərqləndirərdi. Həmin dövrün insanları bunu çox yaxşı bilir.

Bir sözlə Sovet dövründə ölkəmizdə pambıqçılıq kənd təsərrüfatında aparıcı yerlərdən birini tuturdu. Təsadüfi deyil ki, pambıq bitkisi buğda ilə yanaşı hətta dövlət gerbində də öz əksini tapmışdı. Ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdı.

Sovet ittifaqı dağıldıqdan və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir müddət ölkədə yaranmış hərc-mərclik bütün sahələr kimi, kənd təssərrüfatına da mənfi təsirini göstərdi. Bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən "ağ qızıl istehsalı da tədricən unuduldu. Torpaqlar kəndlilərə verildikdən, kolxoz və sovxozlar dağıldıqdan sonra pambıq əkinində də sərbəstlik yarandı. Texnika, mineral kübrələr və məhsulu satmaq üçün bazar olmadığından pambıqçılığa olan maraq ildən-ilə zəiflədi. Bundan sonra zavodların istehsal gücü azaldıldı və bu məhsulun bazarında durğunluq yarandı.

Lakin ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra, ölkənin bütün sahələrində olduğu kimi, aqrar sektorda da canlanma başladı. Kənd təsərrüfatının ayrı-ayrı sektorlarında olduğu kimi, pambıqçılıqda da irəliləyişlər müşahidə edildi. 2010-cu ildə "Pambıqçılıq haqqında qanunun qəbul olunması ilə ölkədə pambıqçılığın, yüngül sənayenin inkişaf etdirilməsinə, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və torpaqdan səmərəli istifadə olunmasına hüquqi, təşkilati və iqtisadi zəmin yarandı.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, "ağ qızılın istehsalı sahəsində yeni mərhələ başlandı. Xüsusilə də, dövlət başçısı İlham Əliyevin son tapşırıqlarından sonra bu sahədə ciddi nailiyyətlər əldə olunmağa başladı.



Elə ötən ilin sentyabrın 26-da Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabadın Mədəniyyət evində pambıqçılığın inkişafı məsələlərinə dair ilk respublika müşavirəsi keçirildi.

Prezident müşavirədə olduqca vacib məsələlrə toxunaraq bildirdi:"Bu müşavirənin Sabirabad rayonunda keçirilməsi təsadüfi deyil. 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi. Pambıqçılıqla bağlı o müşavirələrdə çox dəyərli göstərişlər verilirdi. Bu ənənəyə sadiq olaraq mən pambıqçılığın inkişafı ilə bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün də Sabirabad rayonunu seçdim. Mən əminəm ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir.

1970-1980-ci illərdə Ulu Öndər Sabirabada və pambıqçılıqla məşğul olan digər rayonlara səfər edərkən məni də özü ilə aparırdı. Mən də o illərdə dəfələrlə onunla bərabər Sabirabadda olmuşam, o müşavirələrdə iştirak etmişəm. Pambıq tarlalarında, tarla düşərgələrində pambıqçılarla görüşü zamanı onunla bərabər olmuşam. Yəni, o xatirələr mənim ürəyimdə yaşayır və bu gün daha da aydın görünür ki, ulu öndər Heydər Əliyev nə qədər uzaqgörən və xalqa bağlı olan bir insan idi. Çünki o, yaxşı bilirdi ki, pambıqçılığın Azərbaycanın müttəfiq respublika kimi inkişafında və Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasında çox mühüm yeri var.

Bir sözlə tədbirdə İlham Əliyev ölkəmizdə pabıqçılığın daha sürətli inkişafı üçün Biləsuvar, Bərdə, İmişli, Saatlı, Ağcabədi, Sabirabad və digər rayon icra başçılarına xüsusi tapşırıq və tövsiyələr verdi. O, növbəti illərdə pambıqçılıqda məhsuldarlıq və keyfiyyət göstəricilərini yüksəltmək məqsədilə bütün lazimi tədbirlərin görülməsinin vacibliyini vurğuladı. 



Prezident sözügedən müşavirədə Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın fikirlərini də dinlədi və onun pambıq tarlası ilə tanış oldu. Dövlət başçısə sözügedən ərazidə pambıqçılarla da görüşdü.

Prezidentin 2016-cı il 22 sentyabr tarixli "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Sərəncamı ilə müəyyənləşdirilmiş, istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilməklə hər kiloqram xam pambığa görə istehsalçılara 0.1 manat subsidiya ayrılması ölkədə pambıqçılığın potensial imkanlarından səmərəli istifadə edilməsinə, istehsala marağın artırılmasına və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına güclü təkan verəcək. Bununla belə prezident İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vastisi ilə pambıq əkini və emalı müəssisəsinin yaradılması üçün güzəştli kreditlərin ayrılmasını da əsas məsələ kimi qarşıya qoyub. Fond tərəfindən əvvəllər bu sahə ilə məşğul olan sahibkarlara güzəştli kreditlər ayırılırdısa, hazırda bu məbləğ dəfələrlə artırılıb.



Fondun icraçı direktoru Şirzad Abdullayev 2017-ci il 13 aprel tarixində Nefçalada sahibkarlarla görüşündə bildirib ki, təkcə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, pambıq əkini və emalı müəssisəsinin yaradılması, heyvandarlıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək və bu investisiya layihələrinin reallaşdırılması 200-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Göründüyü kimi, hazırda Azərbaycanda pambıqçılıq yüksək səviyyədə inkişaf etdirilməkdədir. Hesab edirəm ki, prezidentin bu istiqamətdə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi nəticəsində pambıqçılığın tədarükü, istehsalı artacaq və "ağ qızılın əvvəlki şöhrəti geri qaytarılacaq.

(Yazı İqtisadiyyat Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında "Heydər Əliyev və iqtisadi islahatlar mövzusunda yaradıcılıq müsabiqəsi üçün hazırlanıb)