Azərbaycanda mehmanxana, mehmanxana tipli obyektlər və müəvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılacaq və statusuna görə yaşayış sahəsi hesab ediləcəklər.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bununla bağlı Mənzil Məcəlləsinin 20-ci (Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri) maddəsində dəyişiklik təklif edilib.

Dəyişiklik layihəsinə əsasən, özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.