Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin İsrailə səfəri aprelin 25-də qalmaqalla nəticələnib.
İsrail hökumətinin başçısı Binyamin Netanyahu Z.Qabrielin "hüquq müdafiə təşkilatları deyilən solçu təşkilatların nümayəndələri ilə görüşməkdən imtina etməməsinə cavab olaraq sonuncu anda Almaniya XİN-in başçısı ilə danışıqları ləğv edib.

Unikal.org xəbər  verir ki, Almaniya KİV-ləri yazırlar ki, bu xəbər İsrail qarşısında xüsusi tarixi məsuliyyət hiss edən Almaniyada ajiotaj yaradıb. Almaniya kansleri Angela Merkel dəfələrlə deyib ki, İsrailin təhlükəsizliyinin təmin edilməsi Almaniyanın əsas xarici siyasət doktrinalarından biridir. Ancaq bu, alman analitiklərinin fikrincə, Berlinlə Təl-Əviv arasında ixtilafın əsl səbəbi olan fikir ayrılıqlarının mövcud olduğunu təkzib etmir. "Alman dalğası ("Deutsche Welle) xəbər agentliyi hökuməti təmizə çıxarmağa çalışaraq yazır: "Müxalif KİV-lər guya yalnız bəhanə olub.

Mühafizəkar "Frankfurter Allgemeine Zeitung qəzeti Z.Qabriyeli ifrat qarşıdurmaya görə ittiham edir, hüquq müdafiəçiləri ilə görüşməklə onun Netanyahuya meydan oxuduğunu bildirir. Qəzetin şərhçisi yazır: "Dost ölkələrdə müxalifətdə olan qeyri-hökumət təşkilatları ilə görüşməyin mənası yoxdur.