CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 54,01 dollar/barel
təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,6
dollar/barel çoxdur.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 53,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 26-da 49,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 26-da 51,01 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.