Azərbaycanda son 3 ayda qatığın qiymətində bahalaşma müşahidə olunub.

Unikal.org-un araşdırmasına görə, bu ilin yanvar ayında 1 litri 1.65 AZN-ə satılan qatığın qiyməti fevral ayında 1.67, mart ayında isə 1.73 AZN olub.

Məlumat üçün bildirək ki, marketlərdə satılan qatığın böyük həcmini yerli istehsal təşkil edir.

Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan götürülüb.

Həsən Babayev