Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. "VAZ 21011 və "Niva markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-ın sürücüsü Ceyhun Yusifov və sərnişini Elşən Yusifov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib vəziyyətlərinin normal olduğu bildirilir

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.