Azərbaycanda balın qiyməti qalxıb.

Unikal.org-un araşdırmasına görə, yerli istehsal olan balın qiymətində son 3 ayda bahalaşma müşahidə olunur. Belə ki, bu ilin yanvar ayında 1 kiloqramı 22.15AZN-ə satılan balın qiyməti fevral ayında 22.37AZN, mart ayında isə 22.52 AZN olub.

Xaricdən gətirilən balın qiyməti də bahalaşıb. Ölkəyə idxal olunan balın 1 kiloqramı yanvar ayında 23.17AZN-ə satılırdısa, bu qiymət fevral ayında 23.32AZN, mart ayında isə 23.63AZN olub.

Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan götürülüb.

Həsən Babayev