Azərbaycanda zeytun yağı bahalaşıb.

Unika.org bununla bağlı araşdırma aparıb. Məlum olub ki, bu ilin yanvar ayında yerli istehsal olan zeytun yağının marketlərdə satış qiyməti 8 manat 10 qəpik idisə, mart ayında bu qərəm 8.19 AZN olub.

Xaricdən idxal olunan zeytun yağının da qiymətində artım var. 2017-ci ilin yanvar ayında 1 litri 10.71 AZN-ə satılan zeytun yağının qiyməti mart ayında 11.07 AZN olub.

Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsinin hesabatından götürülüb.

Həsən Babayev