Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aprel ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən Unikal.org-a verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 220,8 mln. dollar məbləğində vəsait satılıb.

Xatırladaq ki, ARDNF yanvar-mart ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 793,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 4 ayı ərzində ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 15,1 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.