Prezident İlham Əliyev "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə sənədi imzalayıb.
Unikal.org xəbər verir ki, sənəddə deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydasının təsdiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, â„– 2, maddə 61, â„– 7, maddə 533, â„– 10, maddə 780, â„– 12, maddə 983; 2010, â„– 2, maddələr 77, 80; 2011, â„– 2, maddə 85; 2015, â„– 2, maddə 108, â„– 9, maddə 988; 2016, â„– 9, maddə 1479) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş Əlavə II - "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə üzrə:
1.1. 8.31-ci bəndə "borclarının sözündən sonra ", dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 8.31-1-ci bənd əlavə edilsin:
"8.31-1. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək;.
2. Həmin Fərmanla təsdiq edilmiş Əlavə IV - "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnaməyə aşağıdakı məzmunda 8.22-1-ci və 8.22-2-ci bəndlər əlavə edilsin:
"8.22-1. dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;
8.22-2. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək;.