Azərbaycan Mərkəzi Bankı 10 may tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Unikal.org-a verilən məlumata görə, mayın 10-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7026 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8544 manat təşkil edir.

1 türk lirəsi 0,4697 manat, 1 rus rublu 0,0293 manat, 1 gürcü larisi isə 0,6971 manatdır.