Unikal.org xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Dortmund şəhərində 29 yaşlı Nesrine Al-Amin adlı ərəb əsilli qadın metroda doğub. Al-Amin Beate Madaus adlı bir adamın köməyi ilə xəstəxanaya yetişdirilib.
Hadisənin şahidi Beate Madaus başına gələnləri belə ifadə edib: "Dostlarımla axşam yeməyinə gedirdik. Bir qışqırıq səsi eşitdim. Səsin olduğu yerə baxanda sanki şoka düşdüm. Gənc bir ana yerdə qıvrılırdı. Bir körpə dünyaya gətirmişdi. Hemen körpəni üzərimdəki jilet ilə sardım. Və dərhal təcili yardımı çağırdım. Gənc qadın titrəyirdi. Erkən müdaxilə sayəsində körpəni və anasını qurtardılar. Həyatım boyunca unuda bilməyəcəyim bir andı. Çox xoşbəxtəm".
Nəsrinə Al-Amin metroya niyə düşdüyünü açıqlayıb: " O gün həyat yoldaşım və uşaqlarımla birgə gəzintiyə çıxmışdım. Əslində doğumuma bir həftə qalmışdı. Ancaq, birdən halım pisləşdi . Metroya doğru yönəldik. Oradan getməyi planlaşdırdıq. Ancaq, çox vaxt olmadığını anladım. Tək çarə uşağımı dünyaya gətirmək idi. Və elədə oldu. Həyat yoldaşım bir tərəfdən uşaqlarla digər tərəfdən də mənə kömək etməyə çalışırdı. Metrodakı istirahət otağında oturdum və oradaca Minik Hassanı dünyaya gətirdim. Bu dördüncü uşağım. Çox xoşbəxtəm".