Adı qalmaqal və korrupsiyada hallanan Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilməyib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Baş İdarəyə müraciət daxil olsaydı, ictimaiyyətə məlumat verilərdi: "Baş İdarə tərəfindən istənilən müraciətlə bağlı rəsmi aradırma aparılır. Belə araşdırmalar olanda ictimaiyyətə də açıqlayırıq. Konkret bu məsələ ilə bağlı müraciət olunmayıb. Əgər bununla bağlı Baş İdarənin məlumatı yayılmayıbsa, deməli, müraciət edilməyib.