Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 29 sentyabr saat 11:00-dan Samuxda vətəndaşların qəbulu keçiriləcək.
Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşların qeydiyyatı Samux şəhərində Heydər Əliyev Mərkəzində 28 sentyabr 2017-ci il tarixində saat 09.00-da başlayacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.