Xəbər verdiyimiz kimi Vəkillər Kollegiyasının sədri Azər Tağıyev səhhətindəki problemlə əlaqədar olaraq istefa verib.
Sədrin istefası ilə bağlı tanınmış vəkil Şəfiqə Nağiyeva Unikal.org-a danışıb. O, bildirib ki, Azər Tağıyev bir çox vəkili qanunsuz olaraq işdən çıxarıb: "O bütün etdiklərinə görə cavab verəcək. Bu adam çoxdan getməli idi. Bir neçə vəkili qanunsuz olaraq işdən çıxarıb. Mənimlə 26 il idi ki, mübarizə aparırdı. A.Tağıyev mənim vəkillik fəaliyyətimə mane olurdu, işləməyə imkan vermirdi. Bir qadınla 26 il mübarizə aparmaq nə dərəcədə düzgündür? O mənim həyatımı cəhənnəmə döndərirdi. Qarşı tərəf gedib ona nəsə deyən kimi həmin damları öyrədirdi ki, "gedin Şəfiqədən şikayət yazın. Bu insan o qədər vəkilin ailəsini gözüyaşlı qoyub. Bütün etdiklərinin cavabını verəcək.Haqqımda olan bütün işlərə xitam verildi, mən qalib gəldim.
Ş.Nağıyeva Vəkillər Kollegiyasının yeni sədri barədə bunları deyib: "İnanıram ki, bundan sonra kollegiyada ədalət bərqərar olacaq, gələn insan vəkilliyi qaldıracaq. Azər Tağıyev vəkilliyi tamamilə gözdən salmışdı. Bundan sonra kim gələcəkə, bizim ona hörmətimiz var.
H.Babayev