Son üç gündə Azərbaycanda 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə unikal.org-a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
O bildirib ki, yağışlı günlərdə - 2-4 oktyabr tarixlərində ölkə yollarında baş vermiş qəzalar zamanı 8 nəfər ölüb, 34 nəfər yaralanıb.
"Qəzaların əksəriyyətini avtomobillərin toqquşması və piyadaların vurulması təşkil edib, - deyə, K.Əliyev əlavə edib.