Lənkəranda çayın ortasında köməksiz vəziyyətdə qalan qadın xilas edilib.
Unikal.org-un apa-ya istinadən məlumata görə, Lənkəran çayının daşması nəticəsində Rvo kəndindəki evlərdən birinin bir hissəsini su yuyaraq aparıb.
Ev sahibi orada yaşamadığından evə nəzarət edən Rvo kənd sakini, 1978-ci il təvəllüdlü Təranə Balaş qızı Muxtarova orada köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc axtarış qrupu göndərilib. İki gün köməksiz vəziyyətdə qalan T. Muxtarova xilas edilib.