Xırdalanda köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib.

Unikal.org- un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində intensiv yağan yağışlar səbəbindən altımərtəbəli yaşayış binasının həyətyanı sahəsinin yağış suları ilə dolması nəticəsində 5 nəfər köməksiz vəziyyətdə qalıb. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün hadisə yerinə cəlb olunaraq vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.