Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hyundai" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.