Şamaxı rayonunda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 126-cı kilometrliyində, rayonun Meysəri kəndi ərazisində olub.
Saatlı sakini, 1993-cü il təvəllüdlü Süleymanov Elmar Azər oğlu idarə etdiyi 10-RO-933 dövlət nömrə nişanlı "Mercedes markalı avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq 10 metr dərinliyində olan dərəyə yuvarlanıb. Hadisə nəticəsində E. Süleymanov və sərnişinləri -Cəlilabad sakini, 1985-ci il təvəllüdlü Dadaşov Oqtay İsrafil oğlu, Qaradağ sakini, 1988-ci il təvəllüdlü Cəlilova Aynur Babahəsən qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.