Tərtər sakini qardaşının avtomobilini qaçırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, oktyabrın 5-də Tərtər şəhər sakini Sərxan Əlizadə saat 14 radələrində "NAZ Lifan markalı avtomobilinin qaçırılması barədə Rayon Polis Şöbəsinə müraciət edib.
Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olması müəyyənləşib.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomaşın Q.Qarayev prospektində saxlanılıb və onu idarə edən şəxs adıçəkilən polis bölməsinə gətirilib.
Araşdırmalarla onun S.Əlizadənin qardaşı, Tərtər rayon sakini Sərvan Əlizadə olduğu məlum olub.
Faktla bağlı Tərtər RPŞ tərəfindən araşdırma aparılır.