Bakıda zibillikdən qumbara və xeyli patron tapılıb.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Bildirilib ki, oktyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində mərminin olması barədə məlumat daxil olub:
"Nəticədə Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin qəsəbədə şərq yaşayış sahəsi 16-cı döngədəki zibillik sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 266 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 265 ədəd 7.62 mm-lik patron) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 30 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib".