Bakıda meyiti tapılan "Enlightenment dil kursunun müəllimi həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) çalışıb.
Unikal.org xəbər verir ki, universitetin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimli "Reporta açıqlamasında məlumatı təsdiqləyib.
M.İbrahimov qeyd edib ki, ADPU-nun Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi İradə Yusif qızı Əliyeva sonuncu dəfə keçən həftənin cümə günü işdə olub.
O bildirib ki, İ.Yusifovanın meyiti işlədiyi dil kursunun ofisində aşkarlanıb: "Lakin onun intihar etməsi və ya qətlə yetirilməsi ilə bağlı dəqiq məlumata malik deyilik. Ailəsi ilə əlaqə saxlamaq imkanı yoxdur, çünki telefon zənglərinə cavab verilmir.
M.İbrahimli onu da qeyd edib ki, İradə Əliyeva müsbət xarakterli, nizam-intizamlı və ictimai cəhətdən fəal müəllim kimi xarakterizə olunurdu. Onun meyiti damarları kəsilmiş vəziyyətdə tapılıb. 56 yaşlı İ.Əliyevanın intihar etdiyi ehtimal olunur.
Qeyd edək ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi- 63-də yerləşən dil kursunun ofisində qeydə alınıb.
11:03
Bakıda intihar hadisəsi baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Səbail rayon Neftçi Qurban küçəsində yerləşən "Enlightment dil kursları mərkəzinin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı iş yerində damarlarını kəsərək intihar edib.
Bildirilir ki, İ.Əliyeva həm də Bakıdakı universitetlərdən birində çalışırmış.
Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil.
Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.