"Nar öz abunəçilərinin hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmələri üçün müxtəlif sərfəli təkliflər irəli sürür. Fərqli "Günlük paketləri məhz belə təkliflərdəndir. Məsələn, "Günlük 59 qəpik paketi ilə hər gün ölkədaxili bütün zənglər üçün 25 dəqiqə və 100 MB internet əldə edən abunəçi gündəlik mobil rabitə xərclərini nəzarət altında saxlaya bilir. Bunun üçün *777#59#YES kodunu yığmaq kifayətdir.
Mobil operatorun təklif etdiyi digər günlük paket "Günlük 40 qəpik paketidir. Paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 40 qəpik ödəməklə 200 MB internet trafiki əldə etmək fürsəti verir. Paketə qoşulmaq istəyənlər *777#24#YES şifrəsini yığa bilərlər.
"Günlük 10 qəpik paketi isə kiçik məbləğ qarşılığında abunəçilər üçün hər gün onlayn olmaq fürsəti yaradır. Bu paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək imkanı verir. Bunun üçün *777#12#YES şifrəsini yığmaq lazımdır.
"Nar mobil internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.F
"Azerfon şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice (High Definition Voice) xidmətini təqdim edib. "Nar şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.