Bu gün dünyanın, demək olar ki, bütün ölkələrində toyda gəlin və bəyin tort kəsməsi adət halını alıb.
Unikal.org-un axsam.az-a istinadən bu adət-ənənənin haradan qaynaqlandığı barədə xəbər verir.
Məlumata əsasən, qədim Romada gəlinin başına bərəkət rəmzi olaraq buğda atılıb. İllər keçdikdən sonra toya gələn qonaqlar cütlük üçün buğdadan hazırlanmış kekslər gətiriblər. Lakin onu da gəlinin başından aşağı atıblar.
Bir müddətdən sonra bərəkət rəmzi kimi keksləri cütlüyün başında kəsiblər və ovuntuları gəlinlə bəyə yedirdiblər.
Zamanla bu adət bir az da dəyişilib. Belə ki, İngiltərədə toya qonaqlar artıq daha iri piroqlar gətirib və onlar üst-üstə düzülüb. Sonra bəylə gəlin həmin piroqlardan dadıblar.
Dekoratif əşyalar çıxdıqca isə həmin piroqlar tortlarla əvəz olunmağa başlanılıb və onların üzərinə bəzək vurulub.