Rusiya Prezidenti Vladimir Putin İran-Azərbaycan-Rusiya yüksək səviyyəli üçtərəfli zirvə görüşünün keçirilməsi planlaşdırılan Tehranda səfərdədir.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, səfərin əvvəlində Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək, ardından iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə danışıqları baş tutacaq.

Axşama doğru V.Putin, H.Ruhani və Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli görüş keçirəcəklər.

Günün sonunda isə Rusiya lideri Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq.