Livanın baş naziri Saad əl-Həriri istefa verib.
Unikal.org "Habertürk"ə istinadən xəbər verir ki, o, vəzifəsindən ayrılması ilə bağlı xəbəriefirdə çıxışı zamanıaçıqlayıb.
Saad əl-Həriri çıxışında həmçininhazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı günlərin ab-havası ilə eyni olduğunu bildirib.
O, İranı və "Hizbullah"ı da kəskin tənqid edib, rəsmi Tehranı ərəb dövlətlərinin əlaqələrinə müdaxilə etməkdə günahlandırıb.
Saad əl-Həriri özünə qarşı təxribat hazırlandığını da hiss etdiyini vurğulayıb.
Qeyd edək ki, Saad əl-Həririnin atası Refik əl-Həriri 1992-1998 və2000-2004-cü illərdə Livanın başnaziri olub və istefa verdikdən sonra, 2005-ci il fevralın 14-də sui-qəsd nəticəsində ölüb