Türkiyənin Antalya şəhərində 59 yaşlı qadın qaldığı hoteldən yaxınlarına zəng edərək intihar edəcəyini deyib.

Unikal.org bu ölkənin mətbuatına istinadən xəbər verir ki, qadın qohumlarına zəng edəndən sonra telefonu söndürüb.Yaxınları bu barədə polisə məlumat verib. Hadisə yerinə polislə yanaşı, təcili yardım briqadaları da gəlib. Polis qadının qaldığı otağın qapsını döyüb, o isə vaxtının olmadığını deyib və eyvana çıxaraq silahla özünü başından vurub.

Polis qapını sındıraraq içəri girib,lakin Ş.Y adlı qadın artıq ölmüş olub.

Faktla bağlı araşdırma aparılır.