Ağır atletika üzrə yığma komandanın baş məşqçisi Tofiq Heydərov postundan gedib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib.
Heydərov isə fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.
Qeyd edək ki, o, AAAF Park yaşayış kompeksinin rəhbəridir. Bir müddət öncə Heydərovun həbsi ilə bağlı xəbərlər də yayılmışdı.