"Çempionatın son oyunu idi. Çox istəyirdik ki, qalib gələk. Hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçuları təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odu ki, 3 xal qazandıq. Samir Əliyevə gələcək oyunlarda uğurlar arzulayıram".
Unikal.org goal.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov IV turdan təxirə salınmış "Səbail"lə səfər oyunundan sonra mətbuat konfransında deyib.
Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Rəşad Sadıqov ilk hissənin ortalarında zədələnsə də, onu ikinci hissədə əvəzlədiniz...
- İlk öncə ciddi bir şey görünmürdü. Lakin ikinci hissədə vəziyyətinin nisbətən pisləşdiyini görüb, əvəzləmək qərarına gəldim.
- Bu gün mövsümboyu az oynamış oyunçulara şans verdiniz. Bunu onlara verilmiş son şans kimi dəyərləndirmək olar?
- Komanda Romadan yorğun qayıtmışdı. Bu, birinci dəfə deyildi. Əvvəllər də belə etmişdik.
- Sizcə, yeni oyunçulara ehtiyac var?
- Əvvəlki fikrimdə qalıram. Futbol elə oyundur ki, burada hər şey baş verə bilər. Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm. Danışıq apardığımız oyunçular var.