Polşa Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Unikal.org "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarənin pilotu katapult edib və sağdır.

Polşa müdafiə nazirinin müavini Bartoş Kovnatskiy bildirib ki, axtarışlardan sonra pilotun yeri müəyyənləşib və o, xəstəxanaya çatdırılıb.